warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 141 dəfə oxunub

BMT Azərbaycanda informal və qeyri-rəsmi təhsilin inkişafını dəstəkləyir - Konfrans

31 Oktyabr 2018 [15:02]
"BMT Azərbaycanda peşə təhsilinin inkişafını dəstəkləməkdə davam edir".

Bunu Azərbaycanda informal və qeyri-rəsmi təhsilin inkişafına həsr olunan konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai deyib.

O, insan potensialı nöqteyi-nəzərindən informal və qeyri-rəsmi təhsilin inkişafını dəstəkləməyin BMT üçün prioritet məsələ olduğunu vurğulayıb.

"Layihənin əsas məqsədi işsiz vətəndaşlar üçün peşə məktəbləri açmaqdır. Burada hədəf hər hansı peşəyə yiyələnən, amma müvafiq peşə təhsili almayanlardır. Odur ki, Azərbaycanda ixtisas kurslarının və peşə məktəblərinin açılması belə insanlar üçün əmək bazarına qanuni yol açır. Məqsədimiz gənclər və ümumiyyətlə, əmək bazarına çıxmaq istəyənlər üçün rəsmi təhsilə alternativ yaratmaqdan ibarətdir”, - Q.İsaqzai bildirib.

Rezident əlaqələndirici bu layihənin Azərbaycanda ilk dəfədir həyata keçirildiyini, əhali arasında məşğulluğun artmasına dair qarşıya qoyulan vəzifələrin Azərbaycanın davamlı inkişaf hədəflərinə uyğun gəldiyini diqqətə çatdırıb/Report.


SON XƏBƏRLƏR
17:37 23.04.2019
Tramp Fransaya gedir