Yevlax rayonunda ağır qəza - Təkəri partlayan maşın piyadanı vurub

img

31-10-2018 [14:30]


Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Salamabad kəndində qeydə alınıb. 

Belə ki, "VAZ-21014" markalı avtomobil hərəkətdə olan zaman şini partlayıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşıraraq yol kənarında dayanan piyada,1960-cı il təvəllüdlü Elşən Vaqif oğlu Israfilovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR