Adı “Qızıl kitab”a yazılmış müəllimə vəzifə verildi - Açıqlama

img

30-10-2018 [22:00]


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən Mayılov Kənan Eldəniz oğlu Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

İdarədən Mia.az-a verilən məlumata görə, Mayılov Kənan Eldəniz oğlu Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına uyğun olaraq 2010-cu ildə musiqi sahəsində xüsusi istedadı olan şəxs kimi Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na adı yazılıb və xüsusi Prezident təqaüdünə layiq görülüb.

K.Mayılov ilk musiqi təhsilini Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində alıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.

2016-cı ildən etibarən Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində violin ixtisası üzrə müəllim vəzifəsində çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR