Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyada - XİN-dən açıqlama

30-10-2018 [20:40]
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyaya rəsmi səfərə yola düşüb.

Nazirlikdən verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan Respublikasının Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək/Trend.


SON XƏBƏRLƏR