Elmar Məmmədyarov İstanbulda Cavad Zəriflə bir ataya gəldi - Görüş + FOTO

img

30-10-2018 [13:12]


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarov bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə İstanbulda görüşüb.

Mia.az XİN-ə istinadən bildirir ki, görüş Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü çərçivəsində baş tutub.

Nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər və bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq kimi beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini vurğulayıblar. 

Nazirlər bölgədə həyata keçirilən nəqliyyat infrastrukturu və tranzit layihələrinin əhəmiyyətini ön plana çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun açdığı imkanlardan tam istifadə edilməsinin və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanmasının vacibliyini qeyd ediblər. Həmçinin limanların imkanlarndan tam şəkildə istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin tərəflər arasında elm və texnologiya, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq imkanları barəsində müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR