Qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirilən müğənniyə cəza verildi - Məhkəmə prosesi

29-10-2018 [13:50]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirilən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində şərti cəza verilib. T.Muradova məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, T.Muradova əvvəllər də qadın alverinə görə polis tərəfindən tutulub. 


SON XƏBƏRLƏR