Ukraynalı jurnalistlər Azərbaycanda: "Həqiqətləri dünyaya çatdırmalıyıq" - FOTOLAR

img

28-10-2018 [19:07]


Məlum olduğu kimi, bu yaxınlarda, " Ukrayna Azərbaycanlıları Konqresi” Nikalayev Vilayət təşkilatının sədri Yunus Alıyevin təşkilatçılığı və maliyyə dəstəyi ilə Ukraynalı jurnalistlər - " İmena " jurnalının müxbirləri İqor Yermolayev və Vasiliy Raxubovskiy Azərbaycana işgüzar səfərə gəliblər.

Mia.az xəbər verir ki, qonaq jurnalistləri Azərbaycanda "Diaspor. Info” saytının baş redaktoru, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Əlmaniz Ələkbərli müşaiyət edib. 

Əlmaniz Ələkbərli ilə söhbətimiz zamanı xarici jurnalistlərin ölkəmizə işgüzar səfəri barəsində geniş məlumat toplaya bildik.

- Azərbaycana gəlmiş beynəlxalq jurnalistlərin məqsədi, məramı barədə nə deyə bilərsiniz?

Bilirsiniz ki, bu gün dünyada ən güclü silah informasiyadır. Bu informasiya müharibəsində Azərbaycan Dövləti çox aktivdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında hər bir vətəndaşımız fəal olmalıdır. Bu iş təkcə dövlətin, vəyaxud hər hansı bir qurumun işi deyil, bu hər birimizin işidir. Diasporla iş üzrə Dövlət komitəsi bu sahədə öz işini yeni müstəvidə qurmağa çalışır. Bu gün dünyada yaşayan Azərbaycanlıların nüfuzundan da, istifadə edərək, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında böyük işlər görülür. BUAK-nin Nikalayev vilayəti üzrə sədri, cənab Prezident İlham Əliyev tərəfindən "Tərəqqi Medalı” ilə təltif olunmuş Yunus Alıyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük işlər görüb. Belə ki, Yunus Alıyev Nikalayev şəhəri yaxınlığında "Bessarabka” adlanan kənddə, Böyük Vətən Müharibəsi zamanı Azərbaycanlılardan ibarət " 416-cı Taqanrok Diviziyasının " ştabını və şəhid olan bir neçə azərbaycanlının qəbrini tapmışdır.

Ukraynalıların da fəxrlə qeyd etdiyinə görə 416-cı Taqanrok Diviziyası Odessa və Nikalayevi alman faşistlərinin işğalından azad edib. Odur ki, Yunus Alıyev onlaraın ştabının yerləşdiyi "Bessarabka” kəndində böyük bir abidə kompleksi yaradıb. Yunus müəllim həmin ərazidə torpaq yeri alan zaman, maliyyə baxımından problem yaşadığı üçün, heç kimə müraciət etməyərək, təcili bakıya gəlib və şəxsi evini sataraq, həmin abidənin qurulmasına xərcləyib. Möhtəşəm abidə kompleksinə 50 min Abş dolları xərcləyən əsil Patriot, vətənpərvər həmyerlimiz Y. Alıyevi Rusiya səfirliyi təltif edib. Qıssa müddət keçdikdən sonra isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Yunus Alıyev "Tərəqqi” medalı ilə təltif olunub.

Bu dəfə də Yunus Alıyev xaricdə yaşayan soydaşlarımız arasında ilkə imza ataraq, iki jurnalisti azərbaycana işgüzar səfərə göndərdi. İqor Yermalayev Beynəlxalq jurnalist olmaqla bərabər, həm də Yuneskonun üzvüdür. Vasiliy Raxubovskiy isə "foto reportyor” olmaqla yanaşı, həm də tarixçidir.

Yunus müəllim qonaqların biletlərini alaraq, Azərbaycana göndərdi. Mən də, Diaspor.info saytının baş redaktoru kimi qonaqları Balakən gömrük keçid məntəqəsində qarşılayaraq, Azərbaycanla tanış etməyə başladım. Səfərin əsas məqsədi Qubada yerləşən "Kütləvi Məzarlıq” haqqında məqalənin yazılması və xarici jurnalistlərin dili ilə, "Azərbaycan Həqiqətlərinin " dünyaya çatdırılması idi. Biz çalışdıq ki, qonaq jurnalistlər bizi üzdəniraq qonşularımız kimi yazıq, qorxaq və hiyləgər bir millət kimi tanımasınlar. Buna görə də, erməni vəhşiliyini onlara göstərməzdən əvvəl, ilk öncə qonaqlarımızı Respublikamızın regionlarında və paytaxt Bakı şəhərində gedən tikinti-quruculuq və abadlıq işləri ilə, daha sonra isə tarixi abidələrimiz və füsünkar təbiətimizlə tanış etdik.

Əvvəlcə Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında olduq. Onu da, xüsusi vurğulamaq istəyirəm ki, hər bir rayon mərkəzinə gedən kimi qonaqlar Ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət etməyi məndən xahiş edirdilər. Düzdür bu xahiş əvvəlcə mənə qəribə gəlsə də, bir müddət sonra İ. Yermalayev dedi ki, onun atası uzun illər SSRİ Dövlət orqanlarında işləmiş və Heydər Əliyev fenomeni haqqında ona xeyli bilgi vermişdir. Biz əvvəlcə bütünlüklə Şimal-Qərb bölgəsini, daha sonra isə Şimal bölgəsini gəzdikdən sonra Quba rayonuna getdik. Quba kütləvi məzarlığında olarkən, yerli televiziya və digər mətbu orqanlara müsahibə verən İqor Yermalayev dedi ki, burada gördüklərindən dəhşətə gəlib. O, hər addımda, soyqırıma məruz qalmış azərbaycanlılar haqqında nəsə bir şey görən kimi deyirdi: Bu təkcə burada yaşayan millətlərə edilən vəhşilik deyildir, bu ümumbəşər, insan övladına edilmiş ən alçaq bir vəhşilikdir və bu, uzun illər bəşəriyyətdən gizlədilmiş bir soyqırımdır. Bu tarixi ədalətsizliyi bərpa etmək və ermənilərin vəhşiliyi dünyaya çatdırılmalıdır.

Biz qonaqları paytaxtımızda olan "Yanar dağ” , Qız qalası ilə yanaşı erməni kilsəsinə də apardıq. Onlar öz gözləri ilə gördülər ki, kilsə çox gözəl qorunub saxlanılmışdır.

İqor Yermalayev və Vasiliy Raxubovskiy Azərbaycan xalqının çox kübar, mədəni, qonaqpərvər və ən nəhayət dövlətimizin multikultural dəyərlərə böyük hörmət etdiyini öz gözləri ilə gördüklərini və bu barədə geniş məqalə yazacaqlarını xüsusi vurğuladılar.

Daha sonra Ukraynalı Beynəlxalq jurnalistlər Lənkəran, Masallı, Astara, Bərdə, Gəncə, Tovuz-Akstafa və Qazax rayonlarını da, gəzərək səfərlərini yekunlaşdırdılar. Artıq Qırmızı körpü gömrük keçid məntəqəsini dünən keçən jurnalistlər Tbilisi şəhərinə yola düşdülər.

Qonaqlar Quba məzarlığında olarkən bir çox mətbu orqan onların işgüzar səfərləri haqqında geniş yazılar yazdılar. Respublika qəzeti, Adekvat.az, Diaspor.info, Stimulxeber.az, Sia, Səs.tv və başqa mətbu orqanlar da beynəlxalq jurnalistlərin Quba məzarlığında olmaları haqqında məqalələr verdilər.

Ukrayna mətbuatında da hər iki jurnalistin səfəri ilə bağlı yazılar verilib.

Bu gün Azərbaycan xalqının vəhşi deyil, mədəni bir millət olmasını bütün dünyaya çatdırmaq, hətta bilərəkdən buna inanmaq istəməyənləri sübut və dəlillərlə isbat etmək hər birimizin borcudur. Azərbaycan mədəniyyəti, mətbəxti, milli dəyərlərimiz, musiqimiz, muğamımızı dünyada tanıdan, bu yolda yorulmadan çalışan Birinci vitse Prezident Mehriban Əliyevaya bu yolda dəstək olmaq hər bir qeyrətli azərbaycanlının borcudur. Biz jurnalistlər də, bu sahədə həm dövlətimizə, həm də, xaricdə yaşayan soydaşlarımıza informasiya dəstəyi verməklə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmət göstərməliyik.







Digər xəbərlər
SON XƏBƏRLƏR