warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 243 dəfə oxunub

“Ermənilər aprel döyüşündə baş verənləri təhrif edirdilər” - Rusiyalı deputat

26 Oktyabr 2018 [11:16]
"2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşən zaman qondarma separatçı rejim informasiya müharibəsi faktından geniş istifadə etdi. ABŞ-da və Avropada olan erməni lobbisi, həmin ölkələrin rəhbərliyi bu istiqamətdə aktiv şəkildə işləməyə başladı".

Bunu VI Bakı Humanitar Forumunda "Yalnış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusunda keçirilən işçi sessiyada çıxışı zamanı Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib.

"Onlar aprel müharibəsi zamanı baş verənləri təhrif edərək yalnış təəssürat yaratmağa çalışdılar. Erməni tərəfi dünya KİV-i ilə aktiv iş aparırdı. Qondarma rejim aprel müharibəsi zamanı gündəlik press-brinfinqlər keçirir, jurnalistlərin suallarını cavablandırır, peyk vasitəsilə ödənişsiz yayımlar həyata keçirirdilər. Bununla da dünya birliyinin erməni separatçıları tərəfindən çıxış etməsi bütün işlər görülürdü", - deyə Savelyev vuğulayıb.

Rusiyalı deputatın sözlərinə görə, Azərbaycan tərəfi də dünya KİV-ləri ilə çox ciddi iş gördü və nəticədə ümumi vəziyyət, münaqişə zonasındakı duruma dair obyektiv xəbərlər dünyanın aparıcı KİV-lərində yayılmağa başladı: "Lakin təəssüflər olsun ki, vəziyyəti dəyişmək, obyektiv məlumatı dünya birliyinə çatdırmaq üçün xeyli vaxt tələb olundu. Bu fakt bir daha KİV-lə işin operativ təşkilinin vacibliyini göstərdi. İnformasiya müharibələrində birbaşa olaraq hücum dinc əhaliyə qarşı yönəlir".



SON XƏBƏRLƏR
17:37 23.04.2019
Tramp Fransaya gedir