warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir hacklink
Şriftin ölçüsü / 118 dəfə oxunub

Elmar Məmmədyarov YUNESKO-nun baş direktorunun müavini ilə görüşüb - Müzakirə

25 Oktyabr 2018 [18:42]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində YUNESKO-nun baş direktorunun müavini Xinq Qu ilə görüşüb. 

XİN-dən Mia.az-a verilən məlumata görə, E.Məmmədyarov elmin, mədəniyyətlərarası dialoqun və təhsilin inkişafında YUNESKO-nun fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanın təşkilatla uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

YUNESKO-nun baş direktoru xanım Odri Azulayın salamlarını çatdıran baş direktorun müavini təmsil etdiyi beynəlxalq qurumun rəhbərliyinin Bakı Humanitar Forumunun təşkilinə yüksək önəm verdiyini qeyd edib. O, YUNESKO və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan və həyata keçirilən birgə layihələrdən məmnunluqla bəhs edib.

Tərəflər 2019-cu ildə Azərbaycanda təşkil olunacaq Dünya Mirası Konfransının əlaqələrin daha da inkişafında önəmli rol oynayacağını qeyd edib. Hər iki tərəf Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsində birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüş zaman tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi