warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 409 dəfə oxunub

“Paşinyan münaqişənin həllində həlledici addım atmalıdır” - Con Bolton Ermənistanda mesaj verdi

25 Oktyabr 2018 [15:21]
"Dağlıq Qarabağ münaqişəsinin həlli çətindir, çünki əgər bu asan olsaydı, münaqişə indiyədək həllini tapardı".

Bunu Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İrəvanda keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib. O, bildirib ki, nizamlanmada ilk növbədə münaqişə tərəflərinin özləri maraqlı olmalıdır.

"Mənim səfərim ABŞ-ın mövqeyinin dəyişməsi, yaxud özümlə yeni həll təklifləri gətirməyim anlamına gəlmir. Sələflərimdən biri olan Cim Beykerin də söylədiyi kimi, heç kəs tərəflərin özü qədər sülh istəmir”.

Bolton onu da vurğulayıb ki, Ermənistana xarici təsirin azalması üçün münaqişə həll olunmalıdır. Onun sözlərinə görə, münaqişə tərəfləri hər bir şey barədə müzakirə apara, danışa bilərlər və danışmalıdırlar. Trampın köməkçisi həmçinin, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini deyib.

"Əgər seçkilər nəticəsində Paşinyan və onun siyasi partiyası güclü mandat əldə etsə, bu, münaqişənin nizamlanması məsələsində həlledici addımların atılması üçün yaxşı imkan olacaq”, - Bolton vurğulayıb.



SON XƏBƏRLƏR