Paşinyan yenidən baş nazir seçilmədi - VİDEO

img

24-10-2018 [16:38]


Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanın baş nazir postuna namizədliyini rədd edib və bununla da qanunverici orqanın buraxılması prosedurunun başlanğıcı qoyulub.

Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə səs verib.

Ermənistan parlamentinin sədriAra Babloyan gülüşlə deputatları təbrik edib: "Sizi qəbul edilə bilməz qərarla təbrik edirəm".

Xatırladaq ki, Nikol Paşinyan oktyabrın 17-də Baş nazir postundan istefa verib. Konstitusiyanın 149-cu maddəsinə əsasən, NA fraksiyaları Baş Nazirin istefasından sonra 7 gün müddətində baş nazirə namizəd ola bilər və 8-ci gündə Baş nazir seçkiləri NA-nın Xüsusi Sessiyasında keçirilməlidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR