Rəsmi Bakıdan Fransaya etiraz notası verildi - Səfir XİN-ə çağırıldı

img

23-10-2018 [20:50]


Fransanın ölkəmizdəki səfiri bu gün Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən Mia.az-a verilən məlumata görə, səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib: "Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi notası təqdim olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub