23-10-2018 [19:23]
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyasının daxili işlər naziri, RF-nin polis generalı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, səfərdə əsas məqsəd hər iki ölkənin sərhədyanı ərazilərində daxili işlər orqanlarının birgə fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun növbəti iclasında iştirak etmək olub.
Oktyabrın 23-də xüsusiləşdirilmiş İşçi Qrupun növbəti iclası öz işinə başlayıb.
Nazir Ramil Usubov tədbiri giriş sözü ilə açaraq Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi və başçılıq etdiyi nümayəndə heyətini salamlayıb, toplantının işinə uğurlar arzulayıb.
Gündəlikdəki məsələlər üzrə çıxış edən nazir R.Usubov bu gün iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğunu, Prezidentlər-cənab İlham Əliyev və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq, cəmiyyət həyatının ən müxtəlif sahələri üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini, ikitərəfli münasibətlərdə hüquq mühafizə fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Nazirliklər arasında əməkdaşlığın əsas prioritetlərindən birinin sərhədyanı bölgələrdə ictimai təhlükəsizliyin, dayanıqlı sabitliyin etibarlı təmini olduğunu nəzərə çatdıran nazir qarşıya qoyulan bütün vəzifə və verilən tapşırıqların birgə səylərlə uğurla yerinə yetirildiyini, bu işdə İşçi Qrupun da önəmli rola malik olduğunu məmnunluqla xatırladıb. O, Rusiya Federasiyası Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi ilə də səmərəli əməkdaşlığın mövcudluğunu, tərəflər arasında daimi informasiya mübadiləsi aparıldığını, ən müxtəlif səviyyələrdə görüşlərin həyata keçirildiyini, qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələrinin olduğunu, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılmasını, axtarışda olanların tutulmasını, onların ekstradisiyasını, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirildiyini bildirib.
Yarandığı vaxtdan indiyədək İşçi Qrupun birgə əməliyyat-profilaktiki tədbirlərin təşkili və həyata keçirilməsində xeyli müsbət təcrübə qazandığı, bununla da ümumi işə öz töhfəsini verdiyini nəzərə çatdırılıb. Qeyd olunub ki, "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərin keçirildiyi təkcə son 5 il ərzində Azərbaycan tərəfindən 535 odlu silah, 43 min ədəd hərbi sursat aşkarlanaraq götürülüb, axtarışda olan 202, o cümlədən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarılan 85 nəfər tutulub.
Nazir beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını, ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki tərəfdən fəal əməliyyat-profilaktiki tədbirlərin həyata keçirilməsinin vacibliyini, bu istiqamətdə müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb.
Cənab R.Usubov cinayətkarlılqla mübarizə və ictimai asayişin qorunması, axtarışda olanların tutlaraq ekstradisiya olunması, kadr hazırlığı və qarşılıqlı maraq doğuran informasiya mübadiləsi sahələrində köməyə, əlaqələrin inkişafına göstərdiyi diqqətə, əməkdaşlığımıza böyük şəxsi töhfəsinə görə cənab V.Kolokoltsevə təşəkkürünü bildirib.
Rusiya Federasiyasının daxili işlər naziri, RF-nin polis generalı Vladimir Kolokoltsev qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına minnətdarlığını ifadə edib.
İki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsinə Rusiya tərəfinin hər zaman böyük önəm verdiyini, xüsusiləşdirilmiş İşçi Qrupun növbəti iclasının Bakıda keçirilməsini bunun əyani təzahürü olduğunu qeyd edən rusiyalı nazir hazırkı səfərlərinin də beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, bunun son vaxtlar iki nazirlik arasındakı ənənəvi sıx peşəkar əlaqələrin məqsədyönlü şəkildə yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
V.Kololkoltsev bu səfərin ikitərfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə olacağına, eyni zamanda, əməliyyat-xidməti fəailiyyətin bütün sahələrində əməkdaşlığı dərinləşdirməyə əlavə impuls verəcəyinə inandığını bildirib. İclasda sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və birgə razılaşdırılmış səylərin səmərəliyinin artırılması istiqamətində Azərbaycan və Rusiya DİN-lərin əməkdaşlığının vəziyəti, xüsusiləşdirilmiş İşçi Qrupun fəaliyyəti, 2019-2020-ci illərdə həmsərhəd ərazilərdə onun təşkilati-praktik tədbirlər planını, bu il keçirilmiş "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərinin yekunları müzakirə edilib.
İclasda xüsusiləşdirilmiş İşçi Qrupunun hər iki ölkədən olan həmsədrlərinin - RF-nin Dağıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedovun və Azərbaycan DİN BCAİ-nin rəisi, polis general-mayoru Arzu Daşdəmirovun məruzələri də dinlənilib.
Tədbir nazirlərin iştirakı ilə yekun sənədlərin, o cümlədən sərhədyanı ərazilərdə birgə fəaliyyətin razılaşdırılması və əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun Bakı iclasının Protokolunun imzalanması ilə başa çatıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb