Azərbaycan, Gürcüstan və Türkiyə arasında yeni sazişlər təsdiqləndi - Sərhəd, müdafiə və...

img

23-10-2018 [18:10]


Bu gün prezident İlham Əliyev 3 ölkə arasında bağlanmış  Anlaşma Memorandumunu təsdiqləyib.

Mia.az xəbər verir ki,  bununla da "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” 2018-ci il martın 31-də Giresun şəhərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə minib.

***

Prezident bu gün "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” 2018-ci il iyunun 11-də Bakı şəhərində imzalanmış Sazişini də təsdiq edib.

***

Prezident, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” 2018-ci il aprelin 25-də Ankara şəhərində imzalanmış Protokolu da təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub