Nə qədər pambıq yığılıb?

img

23-10-2018 [17:00]


Dövlət Statistika Komitəsi pambıq yığımının vəziyyəti barədə məlumat açıqlayıb.

Mia.az xəbər verir ki, məlumata əsasən, oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çoxdur.

Ən çox pambıq tədarükü üzrə Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonları ön sıradadırlar.

Saatlıda 21 min 184 ton, Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq tədarük olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR