Azərbaycan müdafiə nazirinin birinci müavini İsrailə getdi - Dəvət əsasında

img

23-10-2018 [11:47]


Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.

Mia.az  Müdafiə Nazirliyinə istinadən bildirir ki, rəsmi səfər çərçivəsində general-polkovnik Nəcməddin Sadıkovun İsrailin müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR