Radiotezliklər İdarəsinin 200-ə yaxın mühəndisi beynəlxalq sertifikata layiq görülüb

img

22-10-2018 [14:50]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mühəndisləri üçün "R&S iHunter 2018” Proqramı üzrə "Radio ovçu” veb-seminarı keçirilib.

Bu barədə idarənin yaydığı məlumata görə, Almaniyanın "Rohde&Schwarz” şirkəti tərəfindən keçirilən təlimdə Dövlət Radiotezliklər İdarəsinin 200 nəfərə yaxın mühəndisi iştirak edib.

Seminarın keçirilməsində məqsəd mühəndislərin peşəkarlıq qabiliyyətinin artırılması və radiospektr idarəetməsi bacarıqlarının inkişaf etdirilməsi olub.

Radiospektr idarəetməsinin təkmilləşdirilməsi istiqamətində interferensiyanın aşkarlanması və aradan qaldırılması həllinin peşəkar şəkildə həyata keçirilməsi mövzusunu əhatə edən seminar 4 mərhələ üzrə təşkil olunub.

Bu mərhələlərə "İnterferensiyanın aşkarlanması və müəyyənləşdirilməsi”, "İnterferensiyanın müəyyən edilməsi”, "Praktiki nümunələr və araşdırmalar” və "Mobil operator şəbəkələrində interferensiyanın araşdırılması və həlli” daxildir.

Yüksək nəticə göstərən mühəndislər müvəffəqiyyət sertifikatına (Full credited R&S iHunter Program 2018) layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR