Azərbaycanda keçmiş nazir vəfat edib

img

22-10-2018 [12:09]


Azərbaycanda keçmiş nazir vəfat edib.

Mia.az bildirir ki, bu barədə sabiq maliyyə naziri Saleh Məmmədov məlumat verib.

O, sosial şəbəkədə keçmiş nazir Sucəddin Abdullayevin vəfatını belə duyurub:

"21 oktyabr 2018-ci il tarixdə uzun sürən xəstəlikdən sonra əziz bir insanı - Sucəddin Mustafa oğlu Abdullayevi itirdik. Sucəddin Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulmuş, milli azadlıq hərəkatında xüsusi yeri olmuş gözəl bir ailənin nümayəndəsi (1990-cı ildə milli azadlıq hərəkatının qurbanı Arif Abdullayevin qardaşı), yeni və müstəqil Azərbaycan hökümətinin üzvlərindən biri olaraq 1992-1999-cu illərdə olduqca vacib dövlət vəzifəsində - Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri vəzifəsində çalışmış, bu sahədə ciddi islahatların əsasını qoymuş, mənzil-kommunal və su təssərüfatının idarə olunmasında yeni münasibətlərin qurulmasına rəhbərlik etmişdir. 

O, dostluq və vətənpərvərlik simvolu idi. Ölkəsinin və dostlarının hər bir uğuruna sevinən, hər bir insana qarşı diqqətini və qayğısını əsirgəməyən gözəl xarakterli insan, vətəni uğurinda hər an varlığını qurban verməyə hazır olan dövlət adamı və siyasi xadim, gözəl ailə başçısı idi. Onun xatirəsi dostlarının və yaxınlarının qəlbində daim yaşayacaq. Əməlləri və ideyaları, dövləti iş təcrübəsi uzun müddət mühüm əhəmiyyətli dövlət tədbirləri kimi milli iqtisadiyyatın idarə olunmasında yararlı olacaqdır. 

Ailəsinə və bütün hərəkat yoldaşlarına dərin hüznlə başsağlığı verirəm, milli ideyaları və düşüncələrinin yaşamasını və tam qələbə çalmasını arzu edirəm".

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR