18-10-2018 [19:30]
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az XİN-ə istinadən bildirir ki, İtaliya Senatının sədri qismində ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Maria Elisabetta Alberti Kasellati Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.
Münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər qarşılıqlı səfər və görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu xüsusda tərəflər Azərbaycan və İtaliya arasında dostluq əlaqələrinin daha da inkişafında parlamentlərin fəaliyyətini yüksək qiymətləndiriblər. Həmçinin tərəflər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya son səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.
İtaliyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən Elmar Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan köklü islahatlar barədə məlumat verərək İtaliya şirkətlərinin daha da fəal surətdə qeyri-neft sektorunda təmsil olunması üçün cəlbedici imkanların olduğunu bildirib.
Nazir Cənubi Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıb. Elmar Məmmədyarov bu layihələrin gerçəkləşməsinin iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Son illərdə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu vurğulayan tərəflər Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Həmçinin Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr təqdir olunub.
Görüşdə elm, təhsil, mədəniyyət və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyur
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI