Gəncənin Səhiyyə İdarəsinə yeni rəis TƏYİNATI

img

18-10-2018 [14:12]


Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova BakuPost-a bildirib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR