Trampdan dünyanı silkələyən olayla bağlı ilginc bəyanat: “Belə bir səs yazısı və ya videogörüntü varmı?"

18-10-2018 [14:10]

"Səudiyyə Ərəbistanını müdafiə etməyə çalışmıram. Dövlət katibi Pompeo Türkiyə və Səudiyyə Ərəbistanına səfər edib".

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, əgər Türkiyədə varsa, Camal Xaşuqçi  ilə bağlı səs və videogörüntüləri istəyir:

"Belə bir səs yazısı və ya videogörüntü varmı? Mən buna əmin deyiləm. Pompeo Türkiyədən qayıtdıqdan sonra bu mövzuda əhatəli bir hesabat təqdim edəcək. Dövlət katibindən ilk soruşacağım məsələ bu mövzuda olacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı Camal Xaşuqçi oktyabrın 2-də ölkəsinin İstanbuldakı konsulluğuna daxil olub və oradan çıxmayıb. Qərb mediası jurnalistin səfirlikdə qəddarlıqla öldürüldüyünü yazır. ABŞ Prezidenti Donald Tramp bu məsələni xüsusi diqqətdə saxlayacağını bildirib/Teleqraf.com.



SON XƏBƏRLƏR