Aparıcının verilişdə karate fəndlərinə MTRŞ-dən reaksiya: "Qanun pozulmayıb"

18-10-2018 [10:59]
 Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-də yayımlanan "Canım sizə desin” adlı proqramının ötəngünkü buraxılışında aparıcının qonaqla bayağı davranması mövzusuna münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Report”a açıqlamasında bildirib ki, verilişdə konkret qanun pozuntusu olmayıb: "Bununla belə, əlbəttə, verilişdə aparıcılar da, iştirakçılar da bayağı hərəkətlərdən qaçmalıdırlar”.

Qeyd edək ki, verilişin aparıcısı əməkdar artist Mehriban Xanlarovanın verilişin qonağı "Azəri Vandam” kimi tanınan şəxsə qarşı hərəkətləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 


SON XƏBƏRLƏR