Yeni İl ərəfəsində əfv olacaq? - Komissiya üzvündən açıqlama

img

17-10-2018 [14:03]


Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsindən əfv sərəncamı imzalanmayacaq.

Bu barədə Modern.az-a Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevbildirib.

Komissiya üzvü bildirib ki, sonuncu əfv sərəncamı may ayında, Cümhuriyyətin 100 illiyi ərəfəsində verilib:

"Həmin sərəncamla 634 nəfər cinayət məsuliyyətindən azad edildi. Ona görə də bu tezliklə yeni sərəncamın veriləcəyini güman etmirəm. Amma təbii ki, əfvlə bağlı bütün səlahiyyətlər Prezident İlham Əliyevdədir. Ölkə başçısı istədiyi vaxt belə bir sərəncam verə bilər”.

Ə.Nuriyev qeyd edib ki, daimi olaraq, Komissiyaya müraciətlər daxil olur:

"Müraciətlər ayrı-ayrı şəxslərdən, onların vəkillərindən, eyni zaanda deputatlardan və s. gəlir. Amma Komissiyanın toplanması, ilin sonunda yeni bir sərəncamın imzalanacağını real hesab etmirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR