Azərbaycanda yeni qurum yaradıldı - Hökumət qərar verdi + Detallar

img

16-10-2018 [10:27]


Baş nazir Novruz Məmmədov Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edib.

Mia.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qərara əsasən, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin nizamnaməsi və strukturu təsdiq edilib.

Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilib.

Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, işçilərin say həddinin müəyyən edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə tapşırılıb:

1. Balansında olan əmlakdan Mərkəzin fəaliyyətini təmin etmək üçün müvafiq əmlak ayırsın və həmin əmlakı bir ay müddətində Mərkəzin balansına versin;

2.Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etsin;

3.Bu qərardan irəli gələn digər məsələləri həll etsin.

Qərarda həmçinin mərkəzin ilkin nizamnamə fondu 500 min manat məbləğində müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR