Badamdarda sürüşmə genişlənir - Villaların hasarlarından biri uçub

img

16-10-2018 [10:14]


 Badamdardakı sürüşmə ərazisində aktivlik gecə boyu davam edib.

Mia.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, nazirliyin yaratdığı Qərargah oktyabrın 15-dən 16-na keçən gecə də ərazidə müşahidələri davam etdirib:

"Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib. Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir".

Digər xəbərlər
SON XƏBƏRLƏR