Ömürlük məhkumlarla bağlı qanun dəyişir

img

15-10-2018 [13:36]


Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası almış şəxslərlə bağlı qanunvericiliyə dəyişikliklər təklif edilir.

Modern.az-ınməlumatına görə, bununla bağlı Cəzaların icrası Məcəlləsinin 171-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi) adı və 171.1 və 171.2-ci bəndlərinə dəyişiklik edilir.

Belə ki, Məcəlləsinin 171-ci maddəsinin adı (Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi) dəyişdirilərəkÖmürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsiadlandırılacaq.

Bundan əlavə, Məcəllənin 171.1-ci bəndinə təklif olunan dəyişikliyə görə isə ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdənsonra cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və yacəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

Hazırki qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

Digər dəyişikliyə görə isə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onuncəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və yacəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azıbir ilsonra baxıla bilər.

Məcəllənin 171.2-ci bəndinin hazırki variantı isə belədir: Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı altı ay sonra baxıla bilər.

Məcəlləyə dəyişikliklər Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirə ediləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR