Prezident və birinci xanım Lənkəranda

img

15-10-2018 [11:29]


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfər edib.

Mia.az xəbər verir ki, prezident və birinci xanım Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətbaşçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verib.

Bildirilib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR