Rahiblə Tramp arasında görüşdə Türkiyə ilə bağlı maraqlı dialoq: "Türklər yaxşı insanlardır..." - FOTO

img

14-10-2018 [22:17]


Xəbər verildiyi kimi, Türkiyədə həbsdən buraxılan rahip Branson bu gün ABŞ-da prezident Trampla Oval ofisində görüşüb.

Mia.az xarici mətbuata istinadən bildirir ki, görüşdə Trampla rahib arasında Türkiyə ilə bağlı maraqlı dialoq yaşanıb.

Belə ki, Branson Trampa azadlığı üçün atdığı addımlara görə xüsusi təşəkkür edib: "Sizinlə yanaşı, dövlət katibi Pompeoya, vitse-prezident Mayk Pensə, cənab Boltona, konqres üzvlərinə təşəkkür edirəm".

Bu zaman Trampın Bransona "Səndən yenidən Türkiyəyə gedərsənmi deyə soruşmaq belə istəmirəm", - deyə xitab edib. Lakin gözləmədiyi cavab alıb: "Orada 25 il yaşadım, türk xalqını çox sevirəm".

Rahib Bransonun bu cavabından sonra Tramp da türkləri tərifləyib: "Türklər yaxşı insanlardır, onları sevirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR