Jurnalist konsulluğun yaşayış bağçasında gizli basdırılıb? - Yoxlama tələbinə konsul icazə verməyib

img

14-10-2018 [18:09]


Oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra müəmmalı şəkildə yoxa çıxan jurnalist Camal Kaşıkçı ilə bağlı ziddiyyətli xəbərlər gündəmdən düşmür.

Mia.az xəbər verir ki, jurnalistin sağ və ya ölü olduğunu dəqiqləşdirmək üçün bu gün Türkiyə polisi konsuluqda axtarış aparmaq istəyib.

Türkiyə mətbuatı xəbər verir ki, Kaşıkçıya aid barmaq izləri götürmək üçün Baş konsul Məhəmməd əl-Katibiyə müraciət edilib. Lakin konsul buna icazə verməyib:

"Türkiyə polisi bununla yanaşı, konsulluğun ailələrinin yaşadığı rəsmi yaşayış kompleksində də axtarış aparmaq istəyib. Türk polisi güman edir ki, konsulluqdan 300 metr məsafədə yerləşən və konsulluğa aid bu ərazidə, yəni yaşayış kompleksinin bağçasında Kaşıkçı öldürüldükdən sonra gizli dəfn edilə bilər.  Lakin konsul Məhəmməd əl-Katibi bu ərazidə də axtarış aparılmasına müsbət cavab verməyib".

Türk mətbuatının iddiasına görə, Kaşıkçı ilə bağlı xəbər yayılandan sonra evindən bayıra çıxmayan Baş konsulun yaxın günlərdə Türkiyədən qovulması da gündəmdədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR