Əfqanıstanda partlayış - ölənlərin sayı 22 nəfərə çatıb

img

14-10-2018 [09:21]


Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində seçkiqabağı mitinqdə baş verən partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, daha 36 nəfər yaralanıb.

Oktyabrın 13-də yerli vaxtla saat 14:00 radələrində Rustak dairəsində partlayış törədilib və seçki yarışının iştirakçılarından birinə qarşı yönəlib. Bu, parlament seçkiqabağı kampaniyası çərçivəsində oktyabr ayında törədilən üçüncü partlayışdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR