Kəmaləddin Heydərov sürüşmə zonasında - FOTO

img

13-10-2018 [19:45]


Oktyabrın 13-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olub.

Mia.az FHN-in saytına istinadən xəbər verir ki, nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olub, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qərərgah yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR