Bu rayonlarda meşələrin girişinə şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib - SİYAHI

img

13-10-2018 [11:24]


Meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib.

Mia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq. 

Qeyd olunub ki, bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR