Trampın müşaviri Rusiya və Cənubi Qafqaza niyə gəlir? - Səfərlərin məqsədi açıqlandı

img

13-10-2018 [11:05]


"Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir”.

 TASS xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

"Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik”, - deyə o vurğulayıb.

Con Bolton bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcək.

Qeyd edək ki, Con Boltonun oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri başlayacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR