"Sizə bir can borcum var!" - Jurnalist Prezidentə belə təşəkkür etdi

12-10-2018 [22:55]
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mətbuat Şurasının məktubuna cavab olaraq, jurnalist Səbuhi Məmmədlinin səhhətinin nəzarətə götürülməsi barədə müvafiq qurumlara göstəriş verib.

Mia.az bildirir ki, jurnalist Səbuhi Məmmədli bununla bağlı sosial şəbəkədə dövlət başçısına müraciət edib: 

"Dünən mənim doğum günüm idi, bu gün verdiyiniz göstərişlə SİZ məni yenidən həyata qaytardınız. Bir daha əmin oldum ki,  DÖVLƏTİNƏ arxalanan heç vaxt YIXILMAZ!!! Sizə can sağlığı arzulayıram CƏNAB PREZİDENT! Sizə bir can borcum var! Bir insan, bir vətəndaş, bir jurnalist kimi minnətdarlığımı bildirirəm!!!!”.

Qeyd edək ki, Səbuhi Məmmədli kəskin şəkərli diabetdən, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir.


SON XƏBƏRLƏR