Bayılda yenə sürüşmə oldu - Abutalıbov hadisə yerinə getdi + RƏSMİ AÇIQLAMA

img

12-10-2018 [13:01]


Badamdardan Bayıla düşən yolda böyük təhlükə yaranıb.

Yol dağın ətyilə getdiyi üçün sürüşmə olduğu güman edilir. Baş nazirin müavini Hacıbala Abutalıbov faktı təsdiqləyib:

"Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər də buradadır. İclas keçirilir. Narahatlıq üçün əsas yoxdur”.

Baş nazirin müavini iclasdan sonra ictimaiyyətə geniş açıqlama verəcəyini vurğulayıb.

** 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovərazidə sürüşmənin aktivləşdiyini bildirib:

"20-ci sahə ilə Badamdar arasında avtomobil yolunun sol hissəsindəki yamacda sürüşmə prosesi gedir. Bu, yeni sürüşmə sahəsi deyil, 2012-ci ildə də ərazidə sürüşmə baş vermişdi. Həmin vaxt onun eni 180-200 metr arasında dəyişirdi. 2013-cü ildə müəyyən istinad divarları tikildi, hamarlama işləri aparıldı və indiyədək hansısa dəyişiklik görünmürdü. Tərəfimizdən hazırlanmış Abşeron yarımadasının sürüşməyə meylli ərazilərinin xəritəsində ərazinin konturları var. Bu gün baş verən proses də həmin konturlar daxilindədir. Bu ayın əvvəlində həmin ərazilərdə aktivləşmə gördük və bu barədə müvafiq orqanları yazılı şəkildə məlumatlandırdıq ki, gərginlik yaranıb. Artıq bu gün istinad divarının 150 metrə yaxın uzunluqdakı hissəsində çatlar əmələ gəlib, müxtəlif yerlərdə divarlar 1 metrə qədər aralanaraq hərəkət edib. Aşağı hissədə xırda gölməçələr əmələ gəlib. Yamacın meylliyi 60 dərəcədən yuxarıdır. Hazırda ərazi aktiv fazadadır, sürüşmə davam edir”.

Qurum rəmisinin sözlərinə görə, Baş nazirin müavini Hacıbala Abtutalıbov, Fövqəladə Halalr Nazirliyinin əməkdaşları, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər əməkdaşları hadisə yerindədir.

Ə.Qaralov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilməsi üçün zəruri sənədlər hazırlanır.




Digər xəbərlər
SON XƏBƏRLƏR