Suraxanı rayonunda abadlıq işləri geniş vüsət alır

img

12-10-2018 [11:11]


Bu gün respublikamızın hər yerində müşahidə edilən abadlıq-quruculuq işləri Suraxanıda da özünü qabarıq şəkildə büruzə verir.

Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır. 
Suraxanıda son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı davaml iş görülür.

Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub. Suraxanı rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir.
"2018-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramların iş qrafiki”nə uyğun olaraq "Nümunəvi abad məhəllələrin salınması”, "Mövcud parkların yenidən qurulması və yeni parkların salınması”, "Nümunəvi idman meydançalarının salınması”, "İctimai xeyir-şər evlərinin əsaslı təmiri və yenilərinin tikintisi”, "Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” və "Xüsusi layihələr” proqramlarına uyğun olaraq cari ilin ötən dövrü ərzində bir sıra işlər həyata keçirilmişdir.

Tədbirlər Planına uyğun olaraq rayon İcra Hakimiyyəti və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Hövsan və Qaraçuxur qəsəbələrində yerləşən 9 mərtəbəli yaşayış binalarının əsaslı təmirinə başlanılmışdır. 49 girişdən ibarət 14 ədəd 9 mərtəbəli və 3 girişdən ibarət 2 ədəd 2 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri aparılır.

Təmir olunan binaların bir qısmi Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsində yerləşir. Yeni Günəşli "Q” yaşayış sahəsi 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 saylı binaların fasadı rənglənmiş, binaların girişlərində və pilləkan qəfəslərində zəbt olunmuş sahələr sökülərək iri qabaritli tullantılardan təmizlənmişdir. Bütün girişlərin pilləkən qəfəsləri 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər qaşınmış, matalanmış və torket olunaraq rənglənmiş, pilləkan qəfəsində Yeni Günəşli "Q” yaşayış sahəsi 7, 8, 9, 10 , 11 saylı binalarda – 189 ədəd, "V” yaşayış sahəsi 15 və 16-ci binalarda - 136 ədəd müxtəlif ölçülü yeni plastik pəncərə qoyulmuşdur. Girişlərində kod açarlı dəmir qapılar quraşdırılmış, binaların girişlərində pilləkənlər aqlay daşla üzlükləmişdir.

Əsaslı təmir işləri başlayandan bəri ümumiyyətlə rayon üzrə binaların fasd hissəsində 24000 m2 sahə mata ilə torket olunmuş və 43500 m2 sahə 2 qat emulsiya ilə rənglənmiş, binaların girişlərində kod açarlı 64 ədəd dəmir qapı quraşdırılmışdır. Girişlərdə 767 p/m pilləkən aqlay daşla üzlükləmiş, 41 giriş və pilləkan qəfəsində 33226 m2 sahə rənglənmiş, pilləkan qəfəsində 402 ədəd müxtəlif ölçülü yeni plastik pəncərə qoyulmuşdur. Binaların kürsü və fasadında ehtiyac olan hissələrə 1500 m2 suvaq vurulmuşdur. Təmir olunmuş bloklarda elektrik şitləri və məhəccərlər də rənglənmışdir. Həyətlərə asfalt örtüyünün salınmasına başlanılmışdır.

Əhalinin mədəni istirahətinin təşkili məqsədi ilə həyətlərdə söhbətgahlar və oturacaqlar, gənclərin vaxtlarını səmərəli keçirmələri, həmçinin saglam və gümrah inkişafı üçün müxtəlif növ idman avadanlıqları, uşaqların əylənməsi üçün yelləncəklər, sürüçkənlər quraşdırılmışdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR