Bu gün respublikamızın hər yerində müşahidə edilən abadlıq-quruculuq işləri Suraxanıda da özünü qabarıq şəkildə büruzə verir.
Tədbirlər Planına uyğun olaraq rayon İcra Hakimiyyəti və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Hövsan və Qaraçuxur qəsəbələrində yerləşən 9 mərtəbəli yaşayış binalarının əsaslı təmirinə başlanılmışdır. 49 girişdən ibarət 14 ədəd 9 mərtəbəli və 3 girişdən ibarət 2 ədəd 2 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri aparılır.
Təmir olunan binaların bir qısmi Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsində yerləşir. Yeni Günəşli "Q” yaşayış sahəsi 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 saylı binaların fasadı rənglənmiş, binaların girişlərində və pilləkan qəfəslərində zəbt olunmuş sahələr sökülərək iri qabaritli tullantılardan təmizlənmişdir. Bütün girişlərin pilləkən qəfəsləri 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər qaşınmış, matalanmış və torket olunaraq rənglənmiş, pilləkan qəfəsində Yeni Günəşli "Q” yaşayış sahəsi 7, 8, 9, 10 , 11 saylı binalarda – 189 ədəd, "V” yaşayış sahəsi 15 və 16-ci binalarda - 136 ədəd müxtəlif ölçülü yeni plastik pəncərə qoyulmuşdur. Girişlərində kod açarlı dəmir qapılar quraşdırılmış, binaların girişlərində pilləkənlər aqlay daşla üzlükləmişdir.
Əsaslı təmir işləri başlayandan bəri ümumiyyətlə rayon üzrə binaların fasd hissəsində 24000 m2 sahə mata ilə torket olunmuş və 43500 m2 sahə 2 qat emulsiya ilə rənglənmiş, binaların girişlərində kod açarlı 64 ədəd dəmir qapı quraşdırılmışdır. Girişlərdə 767 p/m pilləkən aqlay daşla üzlükləmiş, 41 giriş və pilləkan qəfəsində 33226 m2 sahə rənglənmiş, pilləkan qəfəsində 402 ədəd müxtəlif ölçülü yeni plastik pəncərə qoyulmuşdur. Binaların kürsü və fasadında ehtiyac olan hissələrə 1500 m2 suvaq vurulmuşdur. Təmir olunmuş bloklarda elektrik şitləri və məhəccərlər də rənglənmışdir. Həyətlərə asfalt örtüyünün salınmasına başlanılmışdır.
Əhalinin mədəni istirahətinin təşkili məqsədi ilə həyətlərdə söhbətgahlar və oturacaqlar, gənclərin vaxtlarını səmərəli keçirmələri, həmçinin saglam və gümrah inkişafı üçün müxtəlif növ idman avadanlıqları, uşaqların əylənməsi üçün yelləncəklər, sürüçkənlər quraşdırılmışdır.