Dövlət Yol Polisinin Qeydiyyat-İmtahan Şöbəsində belə pul alırlar - VİDEO

img

11-10-2018 [23:35]


Dövlət Yol Polisinin fəaliyyətindən narazılıqlar davam etməkdədir. 

AFN.az xəbər verir ki, Baş Dövlət Yol Polisinin tabeliyində olan qurumlarda tüğyan edən rüşvətxorluq haqda ən müxtəlif məzmunlu şikayətlər, görüntülər yayımlansa da, rəhbər şəxslərin, necə deyərlər, tükü də tərpənmir. 

Bu günlərdə bir sıra elektron KİV-lərdə yayılan videogörüntüdən aydın olur ki, BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsində rüşvətxorluq son həddidir. 

Təqdim olunan çəkilişin ümumi mahiyyətinə diqqət yetirməklə onu da müəyyən etmək olur ki, istənilən şəxs xarici ölkələrdən gətirdiyi nəqliyyat vasitəsini adına sənədləşdirərkən, həmin şəxsi Qeydiyyat-imtahan şöbəsində məqsədli şəkildə əlavə xərcə və get-gələ salırlar. Hətta həmin şəxsdən lazımsız sənəd də tələb edirlər. Sənədləşmə işləri başa çatdıqdan sonra avtomobil sahibi rəhbərliyin adına ərizə yazmalı və onu xanım əməkdaşa təqdim etməlidir. Buna görə də avtomobil sahibinə ərizə (nümunə) forması təqdim olunmalı olduğu halda, qarşı tərəf heç bir halda belə bir addımını atmır. Sadəcə olaraq xanım əməkdaş ərizə formasına bir neçə söz yazmaqla hər kəsdən 10 (on) AZN alır və buna görə də bir kimsəyə qəbz verilmir. Belə bir addımların atılması onu sübut edir ki, bütün bunlar həm ciddi qanun pozuntusudur, həm də rüşvətxorluğun tüğyan etməsinə səbəb olan amillərdir. Nə üçün adicə adı çəkilən şöbədə hər kəsdən bir ərizə formasına görə 10 manat pul tələb olunur? 

Ortaya növbəti bir sual da çıxır, görəsən toplanan pullar hansı büdcəyə daxil olur? Yaxud da, daxil olurmu? 

Təbii ki, bu suallara BDYP-dən cavab almaq qeyri-mümkündür. 

Hələlik sözügedən videonu təqdim edirik:

Hələlik sözügedən videonu təqdim edirik:

 

https://afn.az/bildiris/74595-bdyp-nin-qeydiyyat-imtahan-shobesinde-rushvet.html


Digər xəbərlər
SON XƏBƏRLƏR