Türkiyə XİN başçısı: “Səudiyyə Ərəbistanı jurnalistlə bağlı bizimlə əməkdaşlıq etməlidir”

11-10-2018 [20:27]
"ABŞ müfəttişlərinin Camal Qaşıqçı hadisəsi ilə bağlı işə başlaması haqqında məlumat doğru deyil”

"Report” xəbər verir ki, məlumatı "Anadolu” agentliyi diplomatik qaynaqlara istinadən yayıb.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqın Mosul və Bəsrə şəhərlərində konsulluqlarının yenidən fəaliyyət başlaması ilə bağlı tədbirdə bildirib: "Jurnalist Camal Qaşıqçının itkin düşməsi hadisəsi ilə bağlı Səudiyyə Ərəbistanının bizimlə əməkdaşlıq etməsi lazımdır. Biz Səudiyyə Ərəbistanı ilə bu məsələdə yaxından əməkdaşlıq etmək istəyirik”.

ABŞ Prezidenti Donald Tramp isə jurnalist Camal Qaşıqçının itkin düşməsi hadisəsi ilə bağlı amerikalı müfəttişlərin araşdırmaya başladıqlarını bildirmişdi. 


SON XƏBƏRLƏR