11-10-2018 [19:53]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iclas keçirilib.
Komitədən Mia.az-a verilən məlumata görə, iclasda çıxış edən komitə sədri Rövşən Rzayev deyib ki, komitədə repatriasiya məsələsi ilə bağlı yaradılmış komissiya və işçi qrupu şəffaflığın təmin edilməsi üçün öhdəsinə düşən işi layiqincə yerinə yetirməlidir: "İlk növbədə, uçot məsələsində şəffaflığa nail olunmalı və bu istiqamətdə görülən işlər tezliklə başa çatdırılmalıdır. Uçotun düzgün təşkili məcburi köçkünlərin yeni mənzillərlə təminatının ədalətli şəkildə aparılmasına imkan yaradacaq. Nəticədə bu sahədə neqativ halların qarşısını almaq mümkün olacaq.
Eyni zamanda, şöbə və departament rəhbərləri də öz işini düzgün qurmalıdırlar. Yerlərdə yoxlamalar aparılmalı, qeydiyyat-uçot məsələsində pozuntu halları tam aradan qaldırılmalıdır. Vurğulanıb ki, bu, komitənin rəhbər işçilərindən siravi əməkdaşlarına kimi hamının həm insanlıq, həm də vicdan borcudur. Yeni mənzillərə, ilk növbədə, hələ də ağır və qəzalı binalarda məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin edilməlidir.
Nazirlər Kabinetinin müvafiq qərarında qoyulan tələblər daha dəqiq və ədalətli şəkildə yerinə yetirilməlidir. Xüsusilə yeni mənzillə təmin olunduqdan sonra ona verilən müvəqqəti məskunlaşma sahəsində yaşamayan, verilən mənzili satan, yaxud kirayəyə verən şəxslərə qarşı qanunauyğun tədbirlər görülməlidir. Bu istiqamətdə nəzarət gücləndirilməlidir. Bundan başqa, evlərin paylanması prosesi daha da şəffaflaşdırılmalı, kommunal xərclərin düzgün ödənilməsi təmin edilməlidir".
Qeyd olunub ki, Prezident İlham Əliyevin tələblərini rəhbər tutaraq Dövlət Komitəsinin hər bir nümayəndəsi öz işində dəyişiklik etməlidir. Mövcud problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaq.
Komitə sədri dövlət başçısısının tapşırıq və tövsiyələrinin tam yerinə yetirilməsi ilə bağlı şöbə və departament rəhbərlərinə konkret göstərişlər verib.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO