Faiq Qarayev postundan istefa verdi - Açıqlama

img

11-10-2018 [19:07]


Azərbaycan qadın voleybolçulardan ibarət millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Bu barədə Mia.az-a  Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR