ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Bakıya gətirilən erməni şokoladları ilə bağlı - Rəsmi açıqlama - mia.az
Şriftin ölçüsü / 226 dəfə oxunub

Bakıya gətirilən erməni şokoladları ilə bağlı - Rəsmi açıqlama

11 Oktyabr 2018 [17:41]
Son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan Respublikasında istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən şəxsi istehlak məqsədilə ölkənin gömrük sərhədindən keçirdiyini bəyan edib.

Mia.az  Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə Ermənistan mənşəli məhsulların ölkəmizin gömrük ərazisinə idxal olunması qadağandır və bu kimi məhsulların rəsmi idxal əməliyyatları zamanı gətirilməsi qeydə alınmayıb. Gömrük orqanları Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edib. Yəni, Ermənistan mənşəli malların gömrük nəzarətindən keçirilməklə kommersiya məqsədilə ölkəyə gətirilməsi mümkün deyil:

"Lakin fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə güzəştli qaydada ölkə ərazisinə gətirilən məhsullar arasında bəzi hallarda Ermənistan mənşəli spirtli içkilər, kofe və digər bu kimi ərzaq məhsulları, tütün məmulatları qeydə alınıb və onları gətirən şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş məsuliyyət tədbirlərinin görülməsi təmin edilib.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaş ay ərzində ümumilikdə 30 kq miqdarında müxtəlif ərzaq məhsullarını güzəştli qaydada ölkə ərazisinə gətirə bilər və bu halda həmin şəxslərin gətirdiyi ərzaq bağlamalarının arasında Ermənistan istehsalı məhsulların olması ehtimalına qarşı risk analizləri əsasında gömrük nəzarəti tətbiq olunur. Bağlamalardakı məhsulların tək-tək yoxlanılması, oradakı malların etiketlərinə baxış keçirilməsi isə gömrük nəzarətinə sərf olunan vaxtın xeyli uzanmasına, bu da öz növbəsində gömrük-sərhəd buraxılış məntəqələrində insanların ləngiməsinə və sıxlıqlara səbəb ola bilər. Əlbəttə, hər bir vətəndaş xarici ölkələrdən öz şəxsi tələbatı üçün qanunvericiliyə müvafiq olaraq istənilən məhsulu gətirə bilər. Lakin yazılmamış qanunlar da var. Müharibə şəraitində olduğumuz, ərazi bütövlüyümüzə qəsd edən bir ölkənin məhsulunu gətirən vətəndaş cəmiyyət qarşısında mənəvi öhdəçiliyini, vicdanını və məsuliyyət hissini unutmamalıdır".



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR