“Azərbaycan – Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir” - Rufiz Qonaqov

img

11-10-2018 [15:21]


"Biz bilirik ki, 2018-ci il çərçivəsində Aİ nümayəndələri ilə Azərbaycan prezidentinin görüşləri, eyni zamanda Azərbaycan parlament nümayəndə heyətlərinin görüşləri olub. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri çox yüksək səviyyədədir”.

Agyol.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Aİ – Azərbaycan əlaqələrinin inkişafına dair səsləndirdiyi fikirləri şərh edərkən dedi.

Politoloq bildirdi ki, Azərbaycan beynəlxalq təşkilatların üzvü kimi, BMT, AŞPA, Aİ və ATƏT-də söz sahibidir. Bu baxımdan Aİ ilə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir:

"Azərbaycan bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq şəraitində əməkdaşlıq edir. Məhz bu baxımdan Azərbaycanın dünyada gedən proseslərdə Cənubi Qafqazın lider ölkəsi olaraq enerji və şimalla cənubu, şərqlə qərbi birləşdirən böyük bir nəqliyyat dəhlizini özündə ehtiva edən bir ölkə kimi Avropa üçün çox önəmlidir. Bu baxımdan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində xüsusi yerə və rola malikdir. 

Bütün bunları nəzərə alsaq, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində artıq ölkəmizin dünyanın inkişaf etməkdə olan ölkələri sırasına qatılması, eləcə də bir çox sahələrdə beynəlxalq qurumlarda söz sahibinə çevrilən ölkə olması qürurvericidir. Biz bilirik ki, Azərbaycan eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olaraq rəhbərlik edib. Azərbaycan ATƏT-də, AŞPA-da və digər nüfuzlu qurumlarda parlament nümayəndə heyətinin rəhbərləri müxtəlif formalarda beynəlxalq təşkilatların rəhbər qurumlarında təmsil olunub. 

Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR