Şriftin ölçüsü / 110 dəfə oxunub

"Rahib Bransonu buraxın" - ABŞ dövlət katibindən Ankaraya mesaj

11 Oktyabr 2018 [11:27]

"Rahib Bransonun sabah keçiriləcək məhkəmədə azadlığa buraxılması vacibdir. Bu, Türkiyənin atacağı düzgün bir addım olacaq".

Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

"Bu, Türkiyənin atmalı olduğu humanist bir addımdır. Yaxın vaxtlarda Branson və həyat yoldaşının ABŞ-a geri qayıda biləcəyindən çox ümidliyəm”, - Pompeo bildirib.

Keşişin azadlığa buraxılmasının ABŞ üçün nə anlama gələcəyi barədə suala isə Pompeo "Bu, əhəmiyyətli bir addımdır” cavabını verib.

Qeyd edək ki, 12 oktyabrda keşiş Bransonun işinə Ali Məhkəmədə baxılacaq. Ev dustaqlığında olan Bransonun azad ediləcəyi ehtimal edilir/Axar.az.



SON XƏBƏRLƏR