Azərbaycanda nə ovlamaq olar? - Siyahı

img

11-10-2018 [11:17]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər ilə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, bu mövsümdə çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq ovuna icazə verilib.

Çöl donuzu (qaban)

Ovlanma müddəti : 15 sentyabr-22 dekabr 2018-ci il

Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Dovşan

Ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Cüllüt

Ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Qaz

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Ördək

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Qaşqaldaq

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Ov etmək qadağan olunan ərazilər

• Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;

• Xəzər dənizinin adaları;

• yaşıl zonalar;

• şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;

• xüsusi mühafizə olunan ərazilər;

• sanitar-mühafizə zonaları.



Digər xəbərlər
SON XƏBƏRLƏR