Mehriban Əliyeva anasının məzarını ziyarət edib - FOTO

img

10-10-2018 [23:44]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban Əliyeva bu gün anası Aida  İmanquliyeva məzarını ziyarət edib.

Mia.az xəbər verir ki, bu gün Aida xanımın doğum günüdür. Aida xanım 1992-ci il sentyabrın 19-da 52 yaşında vəfat edib.

Qeyd edək ki, müasir ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri olan Aida İmanquliyevanın adı tarixə ilk müsəlman qadın şərqşünas və ərəbşünas alim, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısı kimi düşüb. Uzun illər Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Aida xanım öz istedadı və əməksevərliyi sayəsində keçmiş Sovet İttifaqında müasir ərəb ədəbiyyatı üzrə dəyərli mütəxəssislərdən biri kimi tanınıb.

Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub, fundamental tədqiqatları ilə dünya şərqşünaslığını xeyli zənginləşdirib. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alimlərdən biri olub.

Aida xanım 1992-ci il sentyabrın 19-da 52 yaşında dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR