ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Ən ciddi məsələlərdən biri kölgə iqtisadiyyatıdır" - Deputat - mia.az
Şriftin ölçüsü / 134 dəfə oxunub

"Ən ciddi məsələlərdən biri kölgə iqtisadiyyatıdır" - Deputat

10 Oktyabr 2018 [23:12]
"Cənab Prezident Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında faktiki olaraq bütün məsələlərə toxundu. Hesab edirəm ki, 9 ay ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı müsbət olub".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, ötən 9 ay ərzində ümumi daxili məhsulda 0,8 faiz artım olub. Ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub, qeyri-neft sektorunda inkişaf var:

"Hansı məsələlər diqqət mərkəzində olmalıdırsa, dövlət başçısı məhz o məsələlərə toxundu. Ən ciddi məsələlərdən biri kölgə iqtisadiyyatı ilə bağlıdır. Cənab Prezident qeyd etdi ki, kölgə iqtisadiyyatı bütün ölkələrdə var. Azərbaycan da istisna deyil. Amma bunun dərəcəsi var, çalışmaq lazımdır ki, bu dərəcə aşağı olsun. O cümlədən Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə göstərişlər verdi ki, şəffaflıq təmin olunsun, sahibkarlar incidilməsin. Olan problemlər həllini tapsın. Bundan əlavə dövlət başçısı əmək haqları ilə bağlı məsələdən bəhs etdi. Əmək haqlarının gizlədilməsi, vergi sistemində uçotun düzgün aparılmaması və sair xoşagəlməz halların qarşısının alınmasını tapşırdı. Bundan başqa azad rəqabətin təmin olunması, inhisarçılığın olmaması, bəzi məmurların kimlərinsə arxasında dayanmaları kimi çox ciddi məsələlərə toxundu və cəmiyyətə mesaj verdi ki, bu məsələlər öz həllini tapmalıdır, korrupsiyaya qarşı mübarizə sahəsində ciddi addımlar atılmalıdır və sair”.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə də toxunduğunu qeyd edən V.Əhmədov Ermənistanın yeni rəhbərliyinin konstruktiv addımlar atmalı olduğunu vurğulayıb: "Dövlət başçısı bildirdi ki, Azərbaycan öz ərazilərini onsuz da azad edəcək. Yəni, bütün bu məsələlər diqqət mərkəzində oldu”.

V.Əhmədov əlavə edib ki, dövlət başçısı bütün problemləri bilir, diqqətdə saxlayır və onların həlli üçün göstərişlər verir:

"Cənab Prezident kifayət qədər dolğun çıxış etdi. Məsələlərdən kifayət qədər xəbəri olan dövlət başçısıdır. Mən hesab edirəm ki, bu templə davam etsə, Azərbaycanın iqtisadiyyatı inkişaf edəcək”.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR