ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Zakir Həsənov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışını etdi - VİDEO - mia.az
Şriftin ölçüsü / 135 dəfə oxunub

Zakir Həsənov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışını etdi - VİDEO

10 Oktyabr 2018 [19:47]

Azərbaycan Ordusunun bütün hərbi hissələrində şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Azərbaycan Respublikası Prezidentinin ölkəmizin qida təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər və bu istiqamətdə normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, yeni inşa olunan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışında iştirak edib.

Məlumat verilib ki, ən müasir texniki avadanlıqlarla təchiz edilmiş laboratoriyada qida təhlükəsizliyinə nəzarət dövlət standartlarına, normativ texniki və digər rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir. Laboratoriyada Azərbaycan Ordusunun şəxsi heyəti üçün tədarük edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının müayinəsi aparılır. Xüsusi ayrılmış otaqlarında qida məhsullarının fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinəsi həyata keçirilir, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir.

Məruzə olunub ki, burada çalışan şəxsi heyətin normal fəaliyyəti və rahat istirahəti üçün də ərazidə şərait yaradılıb.

Sonra müdafiə naziri Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarları ərazisində yeni inşa edilmiş saxlanclara da baxış keçirib. Qeyd edək ki, bu növ bazalar cəbhəboyu zonada da fəaliyyət göstərir və müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti üçün nəzərdə tutulmuş ərzaq və əşya əmlakının etalon nümunələrinə baxıb, burada nümayiş etdirilən məhsulların, eləcə də bütün növ geyim formalarının rahatlığı, keyfiyyəti və davamlığı ilə də maraqlanaraq müvafiq göstərişlər verib.

keyfiyyəti və davamlığı ilə də maraqlanaraq müvafiq göstərişlər verib.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR