"Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik" - Qurban Qurbanov

img

10-10-2018 [19:15]


Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.

Mia.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində Farer Adaları ilə səfərdə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oktyabrın 10-da keçirilən mətbuat konfransında deyib.

Qurbanov bildirib vəziyyət hər iki komanda üçün eynidir: "Meydanla tanış oldum. Hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Hərçənd, meydanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problem yaradacaq. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. İnanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.

Bu toplanışda az məşq etmişik. Hazırda heç bir problem və futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağına inanıram. Ən yaxşı futbolumuzu oynamalıyıq".

Qeyd edək ki, Farer Adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də Torsvollur stadionunda başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR