Şriftin ölçüsü / 164 dəfə oxunub

"Qoç ət"restoranında yanğın - FHN açıqlama yaydı

10 Oktyabr 2018 [16:51]
 Fövqəladə Hallar Nazirliyi "Qoç ət" restoranında baş verən yanğınla bağlı məlumat yayıb. 

Mia.az FHN-ə istinadən bildirir ki,  Bakı şəhərinin Yasamal rayonunda (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında) dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan restoranın mətbəxinin taxtadan ibarət tavanı 4 kvadratmetr sahədə və havatəmizləyici qurğuda yağ qalıqları yanıb. 

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


SON XƏBƏRLƏR